<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Olmadı yer Sənə bu Yer üzündə,
 Kədərli göründün bir qərib kimi.
 Sən Göylərdən endin, Nur dünyasından,
 Günah dünyasında olanlar üçün.

[C1]
   Qaranlıq axurda, saman üstündə
   Keçirdin ilk günü bu Yer üzündə.
   Belə qarşıladı bu dünya Səni
   Taxt - tac sahibini, həyat verəni.

[V2]
 Olmadı yer Sənə bu Yer üzündə,
 Yaxın bir sirdaşın, bir arxadaşın.
 Pisliklə, zülmətlə təkcə vuruşdun
 Həqiqət və Allah oldu köməyin.

[C2]
   Olmadı yer Sənə bu Yer üzündə,
   Çarmıxda tapıldı yalnız yer Sənə.
   Nurunu bu dünya qəbul etmədi,
   Günahı, zülməti daha çox sevdi.

[V3]
 Olmadı yer Sənə bu Yer üzündə,
 Kədərli göründün bir qərib kimi.
 Sən Göylərdən endin, Nur dünyasından
 Günah dünyasında olanlar üçün.

[C3]
   Olmadı qəlblərdə yer Sənə, Rəbbi
   Ürək qapımızsa açıqdır Sənə.
   Dünya Səni dansa, qəbul etməsə,
   Hər bir övladındır bir məbəd Sənə.</lyrics>
<title>Olmadı yer Sənə bu Yer üzündə İL165</title>
<hymn_number>165</hymn_number>
</song>